Balacam


Çox fərqli bır insandı...Bütün gəcə otağının işıqları yanardı .Yatmaq yerinə bütün gecə onun evini seyr edərdim.Ondan xoşum gəlməsə də , artıq hər şeyi ilə maraqlanırdım.
Bır gün başa düşdüm ki , indiyə qədər özümü aldatmışam .Ona qarşı hiss etdiyim şey sevgi imiş .O gündən sonra o evə gəlməmiş yata bilmirdim .Yanında gətirdiyi qızları qısqanırdım . Hamı onun pis insan olduğunu söyləsə də , mən həmişə onu müdafıə edirdim.Onunla qarşılaşmaq üçün bütün günümü qapı önündə keçirirdim...
Bir gün yenə onu gördüm .Mənə göz vurdu .Yanımdan ötəndə onu çağırdım,amma " İşim var balacam"-deyib uzaqlaşdı.Mənə " balacam " demişdi.Yəni aramızdakı yaş fərqini xatırlatmışdı mənə.Evə gedib bütün günü ağladım.Amma qərarımı vermişdim.Ona eşqimi e'lan edəcəkdim.Onu sevdiyimi söyləməli idim ona!!!
Bir gün yenə qapı önündə dayanıb yolunu gözləyirdım.Gəldiyini görəndə mən də arxasınca getdim.Evinə girdi .Bir az gözlədikdən sonra qapını döydüm .Qapını açdı, " Nə lazımdır,balacam? "-dedi."Səni sevirəm" - dedim.Üzümə baxıb astaca gülümsədi , " Hə.."-dedi yavaşca . " Nə hə? " - deyə sual verdim ,heç nə demədi .Qaçaraq evındən çıxdım , otağıma giırib bir ay hec yerə çıxmadım.
Bir gün qızlarla söhbət edərkən onun evinə tə'cili yardım maşını gəldı .Onu evindən çıxarıb tə'cili yardım maşınına apardılar.Hamı diqqətlə ona baxırdı.Onu yanımızdan keçirəndə yavaşca gözünü açdı , mənə baxdı və " Mən də səni ,balacam. "-dedi və gözlərini yumdu.Qıpqırmızı olmuşdum.Hamı mənə baxırdı.Ağlayaraq qaçmağa başladım. Axşama qədər evə getmədim . Bütün günü ağlayayaraq küçələri gəzdim.Axşam evə gəldim.Anamgil ondan danışırdılar.
Sevdiyi bir qız varmış bir vaxtlar .Aıləsi onunla evlənməsinə icazə vermədiyi ücün qız evdən qaçıb.Küçədə tək-tənha gəzərkən kücə avaraları onu tutub öldürürlər.O gündən sonra cavan oğlan küçədə nə qədər evsiz-eşiksiz qızlar görsə , evə gətirirmiş.Bu günə qədər hansı qıza könül verib sevibsə , hamısı ölüb.Son vaxtlarda da bir qızı dunyalar qədər sevirmiş . Ona görə də özünə qəsd edib , sonra xəstəxanaya zəng edib .Polislər evin divarlarında " Balacam " yazılarını tapıblar." Balacam ,sən də ölmə !!! " yazılıbmış bütün divarlara...
" Balacam , mən də səni sevdim...Çox sevdim ...Başqaları kimi sən də ölmə dəyə mən öldüm...Əlvida , balacam P.S. Fikirlərinizi bildirməyi unutmayın.


